XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Yeniyetmə qılıncoynadanlar Bakı birinciliyində güclərini sınayıblar
İdman 13:44 / 20.12.2021
Yeniyetmə qılıncoynadanlar arasında Bakı birinciliyinə yekun vurulub. Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən turnirdə sablya, şpaqa və rapira üzrə 2005-2009-cu il təvəllüdlü oğlan və qızlar arasında qaliblər müəyyənləşib.
Belə ki, sablya üzrə oğlanlar arasında Ayxan Xasıyev, qızlar arasında Fidan Quliyeva birinci yeri tutublar. Şpaqa üzrə Raul Aruslanov oğlanlar, Nazilə Rəhimova isə qızların yarışında qalib gəliblər. Rapira üzrə keçirilən turnirdə Məhəmməd Nuriyev oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsində yer alıb, qızların yarışında isə Kamilla Məmmədova birinci yeri əldə edib.
Azərbaycan Qılıncoynatma Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin mükafatçıları diplom və medallarla təltif olunublar.

41602 oxunub

InvestAZ