XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Üzgüçülük Federasiyasının nümayəndə heyəti FİNA-nın konqresində
İdman 10:47 / 20.12.2021
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) konqresi keçirilib. Tədbirə 201 dövlətdən nümayəndə qatılıb. Azərbaycanı konqresdə də Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Elçin Həsənov və baş katibi Fərid Bənənyarlı təmsil ediblər.
Konqres çərçivəsində FİNA-nın prezidenti Hüseyn Əl-Müsəlləm altı aylıq hesabatla çıxış edib. Ümumilikdə 2021-ci ildə görülən işlər qənaətbəxş hesab olunub.
Sonra FİNA-nın əsasnaməsində bəzi dəyişiklər barədə müzakirələr aparılıb. Müzakirələrdən sonra yeni təkliflər qəbul edilib.
Konqres çərçivəsində Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi digər ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

28329 oxunub

InvestAZ