XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Fərid Qayıbov bölgələrdə Olimpiya İdman komplekslərinin fəaliyyətləri ilə tanış olub
İdman 10:02 / 20.12.2021
Gənclər və idman naziri Fərid Qayıbov Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi zonalarında səfərdə olub. Fərid Qayıbov səfər çərçivəsində Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Şəki, İsmayıllı və Şamaxı Olimpiya İdman komplekslərinin, Qobustan İdman Kompleksinin fəaliyyətləri ilə tanış olub. O, müxtəlif idman növləri üzrə bölmələrin məşq proseslərini izləyib, idmançılarla görüşüb, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlanıb.
Həmçinin Qax, Zaqatala, Şəki və Qobustan Uşaq-Gənclər İdman Məktəblərinə baxış olub, mövcud vəziyyət yerində öyrənilib.
Komplekslərin fəaliyyəti ilə tanışlıq zamanı bu idman qurğularının potensialından maksimum dərəcədə yararlanmaq imkanları müzakirə edilib. Nazir komplekslərdə mövcud idman bölmələrində aktivliyin və peşəkar yanaşmanın artırılması, xüsusən də üzgüçülik hovuzlarının imkanlarından səmərəli istifadə etməklə uşaq və gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Balakən və Qobustan Gənclər Evlərinin fəaliyyəti ilə tanış olan Fərid Qayıbov, klub və dərnəklərin fəaliyyəti, xidmətlərin səviyyəsi ilə də maraqlanıb. İstedadlı gənclərin yaradıcılıq uğurları barədə məlumat verilib. Həmin mərkəzlərin problemləri ilə maraqlanan nazir burada gənclərə xidmət səviyyəsinin genişləndirilməsinin önəmini qeyd edib, müvafiq tövsiyələr verib.
Görüşlərdə nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva, Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cabbarov və mətbuat katibi Qabil Mehdiyev də iştirak ediblər.

38189 oxunub

InvestAZ