XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Basketbol üzrə açıq birincilik keçiriləcək
İdman 15:11 / 17.12.2021
Dekabrın 18-də Nərimanov rayonu 212 nömrəli tam orta məktəbin idman zalında yeniyetmələr arasında basketbol üzrə Nərimanov rayon açıq birinciliyi keçiriləcək. Yarış Vətən müharibəsi şəhidi, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş Sənan Abdullayevin xatirəsinə həsr ediləcək. Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 2006-2008-ci il təvəllüdlü idmançılar iştirak edəcəklər.


30840 oxunub

InvestAZ