XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Boksçumuz beynəlxalq turniri medalsız başa vurdu
İdman 13:47 / 17.12.2021
Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnir davam edir. Yığmamızın yarışdakı yeganə idmançısı Mirşərif Kazımzadə (75 kq) ikinci görüşünü keçirib.
İlk qarşılaşmasında moldovalı Vlad Qavriluçə qalib gələn boksçumuz dörddəbir finalda serbiyalı Sandro Poletanla üz-üzə gəlib. Döyüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, təmsilçimiz yarışda mübarizəni dayandırıb.
Qeyd edək ki, 18 ölkədən 150-dən artıq boksçunun qatıldığı turnirdə final görüşləri dekabrın 18-də keçiriləcək.


33292 oxunub

InvestAZ