İdman 13:11 / 16.12.2021
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda keçirilən VIII hesabat-seçki Baş Məclisindən sonra MOK İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub. İclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftaxetdinova MOK-un vitse-prezidentləri seçiliblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.