XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycan Premyer Liqası: Bu gün XIV tura start veriləcək
İdman 11:23 / 15.12.2021
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turun oyunlarına start veriləcək. Günün birinci matçı Qəbələdə təşkil oluncaq. Əyalət təmsilçisi doğma meydanda "Neftçi” klubunu qəbul edəcək. Komandalar çempionatda 52 dəfə üz-üzə gəliblər. Bunların 16-da bölgə təmsilçisi, 24-də paytaxt klubu qələbəyə sevinib. On iki qarşılaşmada isə qalib müəyyənləşməyib.
Günün ikinci oyununda "Sumqayıt” klubu "Keşlə” ilə üz-zə gələcək. Bu oyuna qədər çempionatdakı əvvəlki 36 görüşün 16-da qonaqlar, 10-da isə meydan sahibləri qələbə qazanıblar. On qarşılaşmada qalib müəyyənləşməyib.
Tura dekabrın 16-da oynanılacaq "Səbail” – "Sabah” və "Qarabağ” – "Zirə” görüşləri ilə yekun vurulacaq.
Qeyd edək ki, 13 turdan sonra turnir cədvəlinə 30 xalla "Qarabağ” klubu başçılıq edir. Aktivində 25 xal olan "Qəbələ” ikinci, 22 xal olan "Zirə” üçüncü, bir xal az toplayan "Neftçi” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq "Sabah” (14), "Sumqayıt” (12), "Keşlə” (11) və "Səbail” (10) yer alıblar.

30504 oxunub

InvestAZ