XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Avropa Liqasında pley-offun cütləri müəyyənləşdi
İdman 17:41 / 13.12.2021
Dekabrın 13-də İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında futbol üzrə UEFA Avropa Liqasının 2021-2022-ci il mövsümünün onaltıdabir final mərhələsinin püşkü atılıb. Qrup qaliblərinin birbaşa 1/8 finala yüksəldiyi Avropanın ikinci dərəcəli klub turnirində pley-offun 8 cütü müəyyənləşib. Bu mərhələdə 16 komanda çıxış edəcək. Qrupunda ikinci yeri tutanlar Çempionlar Liqasının qruplarında üçüncü yeri tutmuş komandalarla üz-üzə gələcək. Onaltıdabir final mərhələsində UEFA Avropa Liqasında eyni qrupda yer almış komandalar, həmçinin eyni ölkənin təmsilçiləri rəqib ola bilməzlər.
Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək. Pley-off mərhələsinin qalibləri səkkizdəbir finalda UEFA Avropa Liqasının qrup mərhələsində qruplarda birinci yerləri tutan səkkiz komanda ilə qarşılaşacaqlar. Qitənin ən nüfuzlu ikinci klub turnirinin final görüşü Sevilyadakı "Ramon Sançes Pisxuan” stadionunda oynanılacaq.

Püşkatmanın nəticələri aşağıdakı kimidir:

UEFA Avropa Liqası

Pley-off mərhələsi

"Sevilya” (İspaniya) - "Dinamo” (Xorvatiya)
"Atalanta” (İtaliya) - "Olimpiakos” (Yunanıstan)
"Leypsiq” (Almaniya) - "Real-Sosyedad” (İspaniya)
"Barselona” (İspaniya) - "Napoli” (İtaliya)
"Zenit” (Rusiya) - "Betis” (İspaniya)
"Borussiya” (Dortmund, Almaniya) - "Reyncers” (Şotlandiya)
"Şerif” (Moldova) - "Braqa” (Portuqaliya)
"Porto” (Portuqaliya) - "Latsio” (İtaliya)

29635 oxunub

InvestAZ