XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Sumqayıtda “Hədəf” adlı tir atıcılığı turniri keçirilib
İdman 17:09 / 13.12.2021
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhərin müxtəlif gənclər təşkilatlarını təmsil edən könüllülərdən ibarət komandalar arasında "Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuş "Hədəf” adlı tir atıcılığı turniri keçirilib. Yarışın məqsədi "Beynəlxalq Könüllülər Günü”nün qeyd edilməsi, Şanlı Zəfər tariximizin geniş təbliği, gənclərin çağırışa qədər hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi, vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkilidir. Ümumilikdə 9 komandanın təmsil olunduğu yarışda iştirakçılar hədəfi dəqiq nişan alma mübarizəsində öz bacarıqlarını sınayıblar. Yarışın yekun nəticəsinə əsasən I yeri Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin "Şahinlər” komandası tutub. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq, 15 nömrəli tam orta məktəbin "Qalib əsgər” və "Snayper” komandaları layiq görülüb. Qalib komandalar Baş İdarənin fəxri fərman, medal və hədiyyələri ilə təltif ediliblər.
30029 oxunub

InvestAZ