XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Fərid Qayıbov Stolüstü Tennis Federasiyasının fəaliyyəti ilə tanış olub
İdman 10:02 / 10.12.2021

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Stolüstü Tennis Federasiyasında olub. Federasiyanın fəaliyyəti ilə tanış olan nazir idmançıların məşq proseslərini izləyib, onlarla söhbət edib və məşqçilərlə fikir mübadiləsi aparıb. Federasiyanın vitse-prezidenti Fazil Məmmədov qarşıdakı yarışlar, hazırlıq və gələcək iş planı barədə məlumat verib. Yığma komanda üzvləri üçün yaradılmış şəraitlə tanışlıqdan sonra Fərid Qayıbov bir sıra tövsiyələr verib və idmançılara uğurlar arzulayıb.
Federasiya üzvləri ilə görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.



30283 oxunub

InvestAZ