XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Hakimlərimiz “Avropa Gimnastikasının fəxri hakimi” adını aldılar
İdman 13:21 / 09.12.2021
Gimnasika növləri üzrə ixtisaslamış bir sıra Azərbaycan hakimləri "Avropa Gimnastikasının fəxri hakimi” adına layiq görülüblər. Avropa Gimnastikasının məlumatına əsasən sözügedən fəxri ada layiq görülmüş hakimlər sırasında bədii gimnastika, kişi idman gimnastikası və tamblinq üzrə təmsilçilərimiz yer alıb. Bunlar bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü Natalya Bulanova, kişi idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev və tamblinq üzrə beynəlxalq dərəcəli hakim Adil Hüseynzadədir.
Qeyd edək ki, "Fəxri Hakim” mükafatı ideyasını Avropa Gimnastikası ötən il irəli sürmüşdü. Bu mükafat ən azı üç Olimpiya dövrü ərzində Avropa Gimnastikasına aid yarışların uğuruna töhfə vermiş hakimlər üçün nəzərdə tutulub.
Fəxri hakim adına layiq görülmüş bütün şəxslərə diplom və yaxa nişanı təqdim olunacaq.



37647 oxunub

InvestAZ