XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Pekin-2022: Kanada da diplomatik boykota qoşuldu
İdman 12:35 / 09.12.2021
ABŞ, Avstraliya və Böyük Britaniyadan sonra Kanada da Çində keçiriləcək Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulmaq qərarına gəlib.
Bu barədə Kanada hökumətinin başçısı Castin Trüdo bildirib. "Biz elan edirik ki, bu qış Pekində keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına diplomatik nümayəndələr göndərməyəcəyik”, - deyə C.Trüdo bildirib.
Baş nazirin sözlərinə görə, kanadalı idmançılar Olimpiadada iştirak edəcəklər.
Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları gələn il fevralın 4-dən 20-dək keçiriləcək.

32011 oxunub

InvestAZ