XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Taleh Ziyadov: “Badmintonu uşaqlar, xüsusilə qızlar arasında təbliğ etmək lazımdır”
İdman 11:05 / 09.12.2021

"Ölkəmizdə badmintonun təkcə kişilər arasında deyil, qadınlar arasında da inkişaf etdirilməsinə çalışacağıq”.

Bu sözləri dekabrın 8-də Azərbaycan Badminton Federasiyasının prezidenti seçilən Taleh Ziyadov jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmək olduğunu vurğulayan T.Ziyadov bildirib: "Gənclər və yeniyetmələr idmanın bu növü ilə geniş məşğul olmalıdırlar. Bildiyiniz kimi, Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil olunub. Mən uşaqlıqdan - 11 yaşımdan badmintonla peşəkar şəkildə məşğul olmuşam. Azərbaycanın regionlarında idmanın bu növünün inkişaf etdirilməsi üçün səy göstərəcəyəm”.

T.Ziyadov azərbaycanlı badmintonçuların qarşıdakı Olimpiya Oyunlarına qatılacaqlarına ümidvar olduğunu qeyd edərək deyib: "Olimpiadaya hazırlıq üçün uşaqları 11-12 yaşından yetişdirmək lazımdır. Məşq proseslərini dünya standartlarına uyğunlaşdırmaq və istedadlı gəncləri seçmək lazımdır. Qarşıdakı illərdə azərbaycanlı idmançıların beynəlxalq yarışlarda iştirak etdiklərini görəcəksiniz. 2028-ci il Los-Anceles Olimpiadasında yerli idmançı görə bilərik. Badmintonu uşaqlar, xüsusilə qızlar arasında təbliğ etmək lazımdır”.



30357 oxunub

InvestAZ