XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çempionlar Liqası: Bu gün 1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək
İdman 14:31 / 08.12.2021

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq. Qrup mərhələsinin altıncı turunun ikinci oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma oynanılacaq. Bununla da həm 1/8 final mərhələsinə, həm də Avropa Liqasının pley-offuna vəsiqə qazanan bütün komandaların adlarına aydınlıq gələcək.

Gecənin ən maraqla gözlənilən oyunun E qrupunda baş tutacaq. Burada növbəti mərhələyə vəsiqəni təmin etmiş "Bavariya” ilə ikinci yer uğrunda mübarizə aparan "Barselona” komandası üz-üzə gələcək. Qrupun digər oyununda "Benfika” Portuqaliyada heç bir iddiası qalmayan "Dinamo Kiyev” komandasını qəbul edəcək. Lissabon təmsilçisi bu görüşdə xal itirərsə, kataloniyalılar "Bavariya” ilə oyunun nəticəsindən asılı olmayaraq mərhələ adlayacaqlar. Xallar bərabər olacağı halda isə "Benfika” mübarizəni səkkizdəbir finalda, "Barselona” isə UEFA Avropa Liqasında davam etdirməli olacaq.

H qrupunda "Yuventus” İsveçin "Malmö” klubunu, "Çelsi” isə "Zenit” komandasını qəbul edəcək. Bu qrupda həm səkkizdəbir finalın, həm də UEFA Avropa Liqasının pley-off mərhələsinin iştirakçıları bəlli olduğundan əsas mübarizə qrup liderliyi uğrunda gedəcək.

G qrupunda İspaniyanın "Sevilya" klubu Avstriyada "Zaltsburq"la, Fransanın "Lill" klubu isə Almaniyada "Volfsburq"la qarşılaşacaq. 4 komandanın hər birinin növbəti mərhələ şansları qaldığından bütün suallara bu turda aydınlıq gələcək. Almaniya və İspaniya təmsilçiləri yalnız qələbə sayəsində 1/8 finala yüksələ bilərlər. Avstriya və Fransa klublarını isə heç-heçə də qane edəcək.

F qrupunda 1/8 finala çıxması dəqiqləşən İngiltərənin "Mançester Yunayted" klubu İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq. İspaniyanın "Vilyarreal" komandası isə İtaliyada "Atalanta" ilə üz-üzə gələcək. Qonaqlar uduzmayacağı təqdirdə növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, "Paris Sen-Jermen”, "Mançester Siti”, "Liverpul”, "Mançester Yunayted”, "Çelsi”, "Ayaks”, "Sportinq”, "Real Madrid”, "Atletiko Madrid”, "Bavariya”, "İnter” və "Yuventus” klubları səkkizdəbir finala vəsiqəni artıq təmin ediblər.


30052 oxunub

InvestAZ