Həlledici görüşün hakimi müəyyənləşib
İdman 15:21 / 07.12.2021
Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək "Bazel" - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.
Matçı Xorvatiya Futbol Federasiyasından Fran Yoviç idarə edəcək. Ona Hrvoye Radiç və Luka Puşiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını İvana Martinçiç yerinə yetirəcək.
Qeyd edək ki, dekabrın 9-u keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.
29179 oxunub