Bu
gün kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan kuboku yarışı
start götürüb. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən
"Xilasedici” İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışa Azərbaycanın
şəhər və rayonlarından 54 komandanın tərkibində 343 idmançı qatılıb.
Qeyd
edək ki, koronavirus pandemiyası səbəbindən ölkədə davam edən karantin
rejimi ilə əlaqədar olaraq yarış azarkeşsiz keçirilir.
Turnir dekabrın 9-dək davam edəcək.