XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycan birinciliyinin ən güclüləri müəyyənləşdi
İdman 15:16 / 02.12.2021
Sumqayıt Olimpiya İdman Kompleksində yeniyetmələr arasında keçirilən taekvondo üzrə Azərbaycan birinciliyi başa çatıb. Turnirin ikinci günündə qızlar arasında mübarizə aparan Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Firəngiz Abbaszadə (37 kq), Banu Quliyeva (41 kq), Şəms Əlizadə (44 kq), Fatimə Bayramova (47 kq), Fatimə Həsənova (51 kq), Ayşən Ağazadə (55 kq) qızıl medal qazanıblar. Oğlanların yarışında isə Fuad Məhərrəmli (45 kq), Vaqif Səlimzadə (49 kq), Əziz Məmmədov (53 kq), Əbdülsübhan Dadaşov (57 kq), Nihad Həsənov (+65 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.
Yarışda, ümumilikdə, 372 taekvondoçu gücünü sınayıb.


41526 oxunub

InvestAZ