XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Messinin 7 "Qızıl top"u var
İdman 09:43 / 30.11.2021
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi müəyyənləşib. Bu mükafata Fransanın PSJ klubunun hücumçusu Lionel Messi layiq görülüb.
Argentinalı forvard karyerası ərzində 7-ci dəfə bu titula sahib çıxıb. Almaniya "Bavariya"sının polşalı forvardı Robert Levandovski 2-ci, İngiltərənin "Çelsi" klubunun italiyalı yarımmüdafiəçisi Jorjinyo 3-cü yeri tutub. "Mançester Yunayted"də çıxış edən Kriştianu Ronaldu isə 6-cı olub.
Qeyd edək ki, Lionel Messi daha əvvəl 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə "Qızıl top" mükafatını qazanıb.

45327 oxunub

InvestAZ