XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Mançester Yunayted”in yeni baş məşqçisi müəyyənləşdi
İdman 18:14 / 29.11.2021
İngiltərənin "Mançester Yunayted” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. Ule Qunnar Sulşerin istefasından sonra klubun baş məşqçisi vəzifəsi almaniyalı Ralf Ranqnikə tapşırılıb.
Rusiyanın "Lokomotiv” klubunun idman və inkişaf şöbəsinin rəhbəri olmuş 63 yaşlı mütəxəssis ilə mövsümün sonunadək müqavilə imzalanıb. Müqavilənin müddəti başa çatandan sonra Ralf Ranqnik İngiltərə klubunda daha iki il müddətində məsləhətçi kimi fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, Ralf Ranqnik bu ilin fevralında "Lokomotiv” ilə əməkdaşlıq etməyə başlayıb. Birinci yarımildə klubun məsləhətçisi olan mütəxəssis sonradan idman və inkişaf şöbəsinin rəhbəri olub.


30185 oxunub

InvestAZ