XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Pekinə getmək üçün yeni tələb
İdman 12:45 / 26.10.2021
2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya Oyunlarına gedəcək idmançılar ölkəyə daxil olmadan ən azı 14 gün əvvəl yeni koronavirus infeksiyasına qarşı tam vaksinasiya olmalıdırlar. Əks halda idmançılar 21 gün karantində qalmalı olacaqlar. Bu tələb Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytında dərc edilmiş Pekində sanitar qaydalarının ilkin variantında yer alıb. Qaydalarda göstərilir ki, tibbi səbəblərə görə peyvənd olunmayan idmançılar və nümayəndə heyətlərinin üzvləri üçün istisnalar edilə bilər. Oyunların iştirakçıları öncə ölkələrində, daha sonra Pekin hava limanında koronavirus testi verəcəklər. Bundan başqa hər gün idmançılar və nümayəndə heyətlərinin üzvlərindən analiz nümunələri götürüləcək. Olimpiadaya yola düşməzdən 14 gün əvvəl sağlamlığınızın izlənilməsi üçün nəzərdə tutulan "My 2022” tətbiqini yükləməli və lazımi məlumatları ora daxil etməlisiniz. Qaydalarda göstərilməyən obyektlərdə olmaq isə qadağandır.
16121 oxunub

InvestAZ