XƏBƏR LENTİ
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Gənclər və idman naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi və ABŞ səfiri ilə görüşüb
İdman 12:22 / 14.10.2021
Gənclər və idman naziri Fərid Qayıbov UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Heykens və təşkilatın Yeniyetmə və gənclərin inkişafı departamentinin mütəxəssisi Natiq Umarovla görüşüb. Görüş zamanı əsasən, uşaq və yeniyetmələrin hüquqlarının qorunması sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.
Qonaq bildirib ki, UNICEF, Azərbaycan da daxil olmaqla, dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan qlobal liderdir.
Nazir həmçinin ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer və Səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Riçard Pinkhamla görüşüb.
Nazirlikdə keçirilən görüşdə Fərid Qayıbov qonağa ölkədəki gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib. Hər iki sahədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələr arasında əlaqələrin əhəmiyyəti vurğulanıb.

23034 oxunub

InvestAZ