XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Ağdaşda
İdman 16:02 / 22.09.2021
AFFA-nın və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Qolqəti kəndində "Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
Bu layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il dekabrın 29-da Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Layihə çərçivəsində 50 məktəbli uşağa, o cümlədən şəhid ailələrinin övladlarına futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, deputatlar Cavid Osmanov, Sabir Hacıyev, Ağdaş Rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov və digər rəsmi şəxslər iştirak ediblər.

42669 oxunub

InvestAZ