XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Vüqar Həşimov” komandası İspaniya yığması ilə heç-heçə edib
İdman 11:39 / 22.09.2021
Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı keçirilir. Turnirin 4-cü turunun oyunları keçirilib. Azərbaycanı təmsil edən "Vüqar Həşimov” klubu 4-cü turda İspaniyanın "Silla” komandası ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə başa çatıb.
Qeyd edək ki, şahmatçımız Nicat Abasov rəqib komandanın heyətində yer alıb. Aktivində 5 xal olan komandamız 13-cü sırada qərarlaşıb.
Azərbaycanın digər qrossmeysteri Şəhriyar Məmmədyarov Makedoniyanın "Alkaloid” komandasının heyətində mübarizə aparır. Onun komandası isə bu turda Sloveniyanın "Maribor Poligram” yığmasını 5,5:0,5 hesabı ilə məğlub edib.
Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

31319 oxunub

InvestAZ