XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bu gün “Vüqar Həşimov” komandası İspaniya kollektivi ilə qarşılaşacaq
İdman 16:13 / 21.09.2021
Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı keçirilir.
Bu gün turnirin 4-cü turunun oyunları keçiriləcək. Bu turda Azərbaycanı təmsil edən "Vüqar Həşimov” klubu İspaniyanın "Silla” komandası ilə qarşılaşacaq. Qeyd edək ki, şahmatçımız Nicat Abasov rəqib komandanın heyətində yer alıb. "Silla” hazırda 6 xalla turnir cədvəlinin liderləri sırasında qərarlaşıb. Komandamızın aktivində isə 4 xal var.

Azərbaycanın digər qrossmeysteri Şəhriyar Məmmədyarov Makedoniyanın "Alkaloid” komandasının heyətində mübarizə aparır. Onun komandası isə 4-cü turda Sloveniyanın "Maribor Poligram” yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

32133 oxunub

InvestAZ