XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Senat boksla vidalaşdı
İdman 15:17 / 21.09.2021
Boks üzrə səkkiz çəki dərəcəsi üzrə keçmiş dünya çempionu filippinli Menni Pakyao karyerasını bitirdiyini təsdiqləyib.

O, 2022-ci ildə Filippin prezidentliyinə namizəd olacağını açıqlayıb. Qırx iki yaşlı boksçu WBA (Dünya Boks Assosiasiyasının) versiyası üzrə super çempionluq titulu uğrunda avqustun 22-də keçirdiyi son döyüşündə kubalı Yordenis Uqasa uduzub.

Menni Pakyao idman karyerasına 1995-ci ildə başlayıb. Səkkiz müxtəlif kateqoriyada dünya çempionu kimi boks tarixinə düşən Pakyao karyerası ərzində 56 qələbə qazanıb, cəmi 5 dəfə məğlub olub. O qələbələrinin 38-ni nokautla qazanıb. Amerika İdman Akademiyası versiyası üzrə 2009-cu ilin ən yaxşı idmançısı seçilən Menni Pakyao siyasət aləmində də kifayət qədər tanınır. Menni ilk dəfə siyasətdə özünü 2007-ci ildə sınayıb və o vaxt Filippin Liberal Partiyasının nümayəndəsi seçilib.

Boksçu Filippin Senatının üzvüdür və səlahiyyət müddəti 2022 -ci ildə bitir.

42441 oxunub

InvestAZ