XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



İsveçrədə sevinc, İspaniyada kədər - Fotoreportaj
İdman 10:40 / 15.09.2021
Ötən gecə Çempionlar Liqasında qrup mərhələsinə start verilib. İlk oyun günündə 4 qrupda 8 görüş keçirilib. 
"Mançester Yunayted" "Yanq Boyz"un qonağı olub və 1:2 hesabı ilə uduzub. "Sevilya" "Zaltsburq" görüşündə qalib müəyyənləşməyib - 1:1. 
Gecənin ən çox marağla gözlənilən qarşılaşmasında "Barselona" doğma meydanda "Bavariya" ilə üz-üzə gəlib və 0:3 hesabı ilə uduzub. Bu qrupun digər oyununda "Benfika" "Dinamo" ilə görüşdə hesab dəyişməyib. ÇL-in son qalibi "Çelsi"  "Zenit"i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. "Malmö" isə  evdə"Yuventus"a məğlub olub - 0:3.

Çempionlar Liqası

Qrup mərhələsi, 1-ci tur

14 sentyabr

E qrupu

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 0:3
Qollar: Tomas Müller, 34. Robert Levandovski, 56; 85
23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) -  0:0
 
F qrupu

20:45. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) - 2:1
Qollar: Nikolas Mumi Nqamalyo, 66. Jordan Sibaço, 90+5 - Kriştianu Ronaldu, 13
Qırmızı vərəqə: Aron Van-Bissaka, 35 ("Mançester Yunayted")

23:00. "Vilyarreal" (İspaniya) - "Atalanta" (İtaliya) - 2:2
Qollar: Manu Trigeros, 39. Arno Qruneveld, 73 - Remo Fröyler, 6. Robin Qosens, 83

Qırmızı vərəqə: Frensis Koklen, 84 ("Vilyarreal")

G qrupu

20:45. "Sevilya" (İspaniya) - "Zaltsburq" (Avstriya) - 1:1
Qollar: İvan Rakitiç 42 (pen.) - Luka Suçiç, 21 (pen.)

Qırmızı vərəqə: Yussef En-Nesiri, 50 ("Sevilya")

23:00. "Lill" (Fransa) - "Volfsburq" (Almaniya) - 0:0

Qırmızı vərəqə: Con Bruks, 63 ("Volfsburq")

H qrupu

23:00. "Malmö" (İsveç) - "Yuventus" (İtaliya) - 0:3
Qollar: Aleks Sandro, 23. Paulo Dibala, 45 (pen.). Alvaro Morata, 45+1
 
23:00. "Çelsi" (İngiltərə) - "Zenit" (Rusiya) - 1:0
Qol: Romelu Lukaku, 69

16954 oxunub

InvestAZ