XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Basketbol komandamız birinci MDB Oyunlarında bürünc medal qazandı
İdman 18:09 / 11.09.2021
Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları çərçivəsində 3x3 basketbol üzrə komandamız (Endər Poladxanlı, Əkbər Məmmədov, Cəbrail Əkbərov, İlhan Mərd) mötəbər yarışın bürünc medallarını qazanıblar. Belə ki, sentyabrın 5-də Samit Nuruzadənin yetirmələri yarışın qrup mərhələsində Qırğızıstan (16:10) və Belarus (12:20) milliləri ilə gücünü sınayaraq yarımfinala vəsiqə qazanıblar. Sentyabrın 6-da keçirilən yarımfinal qarşılaşmasında komandamız ev sahibi Rusiyaya layiqli müqavimət göstərib. Lakin oyunun həlledici məqamında komandanın lideri Endər Poladxanlıya verilən mübahisəli texniki fol mizanı rusların xeyrinə əydi -17:21. Bürünc medal uğrunda Özbəkistan millisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçdi. Oyunun son saniyələrində çətinliklə olsa da basketbolçularımız minimal qələbə hesabını qoruya bildilər -14:13.

16094 oxunub

InvestAZ