XƏBƏR LENTİ
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026



Qılıncoynadanlar Parisə vəsiqəni Polşada əldə edəcəklər
İdman 10:06 / 10.09.2021
Qılıncoynatma rəsmi olaraq 2023-cü ildə Polşada keçiriləcək Avropa Oyunlarının idman proqramına daxil edilib.
Bu barədə Avropa Olimpiya Komitələrinin (AOK) mətbuat xidməti məlumat yayıb. AOK ilə Avropa Qılıncoynatma Konfederasiyası arasındakı rəsmi razılaşmaya əsasən, Avropa Oyunlarında qılıncoynatma yarışları Avropa çempionatı statusu alacaq. Bununla da, yarışda 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanılacaq.
Qeyd edək ki, qılıncoynatma 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarının idman proqramında təmsil olunub. Lakin 2019-cu ildə Minskdə keçirilmiş ikinci Avropa Oyunlarında idmanın bu növü üzrə yarışlar təşkil olunmayıb.
Xatırladaq ki, üçüncü Avropa Oyunlarının 2023-cü il iyunun 21-dən iyulun 2-dək Polşada keçirilməsi planlaşdırılır.

57490 oxunub

InvestAZ