XƏBƏR LENTİ
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



Millimiz Avropa reytinqində gerilədi
İdman 11:33 / 09.09.2021
Avropa Voleybol Konfederasiyası (CEV) qadın voleybolçulardan ibarət milli komandaların Avropa reytinqini açıqlayıb.
Avropa çempionatının oyunları başa çatdıqdan sonra açıqlanan siyahıda bəzi dəyişikliklər olub. Azərbaycan millisinin də mövqeyi dəyişib.
Qitə çempionatını sonuncu - 24-cü pillədə başa vuran millimiz turnirdə cəmi 54 xal qazanıb. Bu da millimizin xal hesabını 185-ə çatdırıb. Komandamız bu göstərici ilə Avropada 11-cidir.
Yığmamız ötən cədvəllə müqayisədə 5 pillə geriləyib. Millimizi Rusiya, Almaniya, Polşa, Xorvatiya və Belçika keçib.
Qeyd edək ki, cədvələ 248 xalla Serbiya millisi başçılıq edir. İtaliya (244) ikinci, Türkiyə (236) isə üçüncü pillədə yer alıblar.
30740 oxunub

InvestAZ