XƏBƏR LENTİ
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026



Birinci MDB Oyunları: Samboçularımız 3 qızıl, 1 gümüş və 1 bürünc medala sahib çıxdı
İdman 19:08 / 07.09.2021
Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunları davam edir. Bu gün Oyunlar çərçivəsində sambo yarışları keçirilib. Oyunlarda 7 samboçumuz qüvvəsini sınayıb ki, onlardan da 5-i mükafatçılar sırasında yer alıb. Komandamızın üzvləri Oyunları 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. Qızıl medalları komandamıza Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq) və Ruslan Rüstəmov (+98 kq) qazandırıb. -98 kq çəki dərəcəsində yarışan Rəsul Aydəmirov isə finalda rusiyalı İosif Siminə məğlub olaraq gümüş medala sahib çıxıb.

Bürünc medala isə 88 kq çəki dərəcəsində çıxış edən Adil Adilzadə layiq görülüb.

Komandamızın digər üzvləri Kamran Qasımov 71 kq) və Ağani Məmmədov (79 kq) üçüncü yer uğrunda görüşdə məğlub olaraq Oyunları medalsız başa vurublar.

57526 oxunub

InvestAZ