XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Zəka sahiblərimiz dünya kuboku yarışlarına vəsiqə qazandı
İdman 12:00 / 06.09.2021
İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında keçirilən Avropa çempionatının nəticələrinə görə, iki təmsilçimiz dünya kuboku yarışlarına vəsiqə qazanıb. Şahmatçımız Rauf Məmmədov qitə çempionatının yekunlarına görə, 7,5 xalla 6-cı, onunla eyni xalı toplayan Nicat Məmmədov isə əlavə götəricilərə görə 17-ci pillədə qərarlaşıb. Onlar bu nəticə ilə dünya kuboku yarışlarında iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki, Avropa çempionatında ilk 23 yeri tutan şahmatçılar dünya kuboku yarışlarına vəsiqə əldə ediblər.

18436 oxunub

InvestAZ