XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Aimchess USRapid” turnirində qalib müəyyənləşdi
İdman 11:09 / 06.09.2021
Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - "Aimchess USRapid” turnirinin qalibi müəyyənləşib.
Final mərhələsində mübarizə aparan Maqnus Karlsen rusiyalı şahmatçı Vladimir Artemiyevi məğlub edərək yarışın qalibi olub.
Qeyd edək ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da "Aimchess USRapid” turnirində iştirak edib. Şahmatçımız dörddəbir final mərhələsində məğlub olaraq mübarizəni dayandırıb.
Ümumilikdə 16 şahmatçının iştirak etdiyi turnirin mükafat fondu 100 min ABŞ dollarıdır. Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.
"Champions Chess Tour”un final mərhələsi sentyabrın 25-də start götürəcək. Yarışın mükafat fondu 300 min ABŞ dolları olacaq.

18952 oxunub

InvestAZ