XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Lamiyə Vəliyeva: “Növbəti paralimpiadada əsas məqsədim dünya rekordunu qırmaq olacaq”
İdman 14:41 / 07.09.2021

"Fəxr edirəm ki, Azərbaycanı Tokioda layiqincə təmsil etdim və bayrağımızı yüksəklərə qaldırdım. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlığımı bildirirəm. Bizə bu cür şərait yaradıblar və qayğı göstəriblər”.
Bu sözləri Paralimpiya çempionu Lamiyə Vəliyeva sentyabrın 7-də Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən milli komandamızın üzvlərinin sonuncu qrupunun qarşılanması mərasimində jurnalistlərə müsahibəsində deyib.
Paralimpiya çempionu deyib: "Yarışa gedərkən özümə verdiyim sözü yerinə yetirdiyim üçün çox şadam. Məni dəstəklədiyinə görə Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Bu, hələ son deyil. Biz Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına güclü şəkildə hazırlaşacağıq. Söz verirəm ki, bu uğuru Paris-2024-də də davam etdirəcəyəm. İnanıram ki, yenidən belə qələbələrlə Vətənə qayıdacağıq. Tokioda çempion olacağıma və paralimpiya rekordunu qıracağıma inanmırdım. Bu il həqiqətən çox əziyyət çəkdim. Allah məni bu çempionluğa layiq görüb. Növbəti paralimpiadada əsas məqsədim dünya rekordunu qırmaq olacaq. Bu səbədən ciddi şəkildə hazırlaşacağam".
Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib.

19307 oxunub

InvestAZ