XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Klassiklərimiz birinci MDB Oyunlarında 6 medala sahib çıxdılar
İdman 22:47 / 03.09.2021

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları keçirilir. Sentyabrın 3-də "Bars” Arenada yunan-Roma güləşi üzrə yarış keçirilib. Ölkəmizi güləşin bu növündə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi ilə gənclərdən ibarət millimizin 8 üzvü təmsil edib. Onlardan 7-si qrup mərhələsini uğurla adlayıb. Yarımfinalda daha 4 qələbə qeydə alınıb. Yekunda 8 güləşçimizdən 6-sı fəxri kürsüyə qalxıb.

Nihad Quluzadə (55 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Qurban Qurbanov (72 kiloqram) ikinci, Nihat Məmmədli (60 kiloqram) və Laçın Vəliyev (87 kiloqram) isə üçüncü yeri tutublar.

Beləliklə, millimiz birinci MDB Oyunlarında uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparırlar.


15972 oxunub

InvestAZ