XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Millimiz bu gün İrlandiya yığması ilə qarşılaşacaq
İdman 12:44 / 04.09.2021

Futbol üzrə Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu çıxacaq.

Komandamız A qrupundakı dördüncü oyununda İrlandiya yığmasının qonağı olacaq. Dublin şəhərindəki "Aviva" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Matçı Fransadan olan FIFA referisi Jerom Brisar idarə edəcək. Ona yan xətt hakimləri Benjamen Pejes və Ervan Finjan köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Mikael Lezaj yerinə yetirəcək. VAR sisteminə qadın referi Stefani Frappar nəzarət edəcək.

Qarşılaşma öncəsi Azərbaycan millisinin heyətində itki yoxdur. Meydan sahiblərində Dara O Şi və Natan Kollinz zədə səbəbindən matçı buraxacaq.

Qeyd edək ki, 3 oyundan sonra xalı olmayan İrlandiya və Azərbaycan yığmaları 4-5-ci yerləri bölüşdürür.


17286 oxunub

InvestAZ