XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Paralimpiyaçımız Tokio-2020 finalında
İdman 10:14 / 03.09.2021
Yaponiyanın paytaxtı Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunları davam edir. Azərbaycan üzgüçüsü Raman Saleh növbəti dəfə Tokio Paralimpiadasının finalına vəsiqə qazanıb. 100 metr məsafəyə butterfly üsulla üzgüçülük yarışının təsnifat mərhələsində 58,99 saniyəlik göstərici ilə birinci olub və əsas mərhələyə adlayıb. R.Saleh 100 metr məsafəyə arxası üstə və sərbəst üsulla üzmə yarışlarında ölkəmizin aktivinə iki qızıl medal yazdırıb. O, 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında isə dördüncü yeri tutub.

19686 oxunub

InvestAZ