XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Ronaldodan növbəti rekord göstərici
İdman 17:54 / 02.09.2021
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu İran seçməsinin Azərbaycan əsilli sabiq forvardı Əli Daeinin rekordunu qırıb. 36 yaşlı hücumçu buna İrlandiyaya ilə qarşılaşmada nail olub. Təcrübəli forvard 2022-ci il dünya çempionatının seçmə oyununda 89-cu dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub. Ronaldo bununla da yığma komandada 110-cu qoluna imza atıb. Beləliklə, Ronaldu milli komandalarda ən çox qol vuran oyunçu adına yiyələnb.

Matçın 90+6-cı dəqiqəsində yenidən fərqlənən Kriştianu Ronaldo həm özünün 111-ci qolunu vuraraq rekord göstəricisini bir qədər yaxşılaşdırıb, həm də komandasına qələbə qazandırıb -2:1.

Qeyd edək ki, Əli Daei İran millisində 109 qol vurub.

28350 oxunub

InvestAZ