XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Boksçularımız MDB Oyunlarında mübarizəyə başlayırlar
İdman 13:30 / 02.09.2021
Bu gün Azərbaycanın ilk təmsilçiləri Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında mübarizəyə start verəcək. Yarışda ilk olaraq kişi boksçularımız riqnə çıxacaq. Qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. 46 kq çəki dərəcəsində yarışan Ramal Yolçuyev Temirxan Daniarovla (Qırğızıstan) üz-üzə gələcək. Tağı Nəsibov (48 kq) Vadim Veçerski (Belarus) ilə, İbrahim Zeynalov (50 kq) Muinxon Mavlonovla (Tacikistan), Məhəmmədəli Qasımzadə (54 kq) Farrux Tulaqanovla (Özbəkistan), Ziya Həsənov (66 kq) isə Vladislav Kuznetsov (Belarus) ilə döyüşəcək.

Qeyd edək ki, I MDB Oyunlarının açılış mərasimi sentyabrın 4-də olacaq. Yarışa sentyabrın 11-də yekun vurulacaq.


38269 oxunub

InvestAZ