XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Millimiz Lüksemburqa da məğlub olub
İdman 08:22 / 02.09.2021
Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Millimiz A qrupundakı 3-cü matçında Lüksemburq yığması ilə qarşılaşıb. Komandamız qarşılaşmanın 8-ci dəqiqəsində hesabda geri düşüb. Lüksemburqlu futbolçu Mika Pinto hesabı açıb. İyirmi dəqiqə sonra millimizin qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirən Jerson Rodriges komandasının üstünlüyünü bir qədər də artırıb -2:0. ​

İkinci hissəyə komandamız daha fəal başlayıb və hesab arasındakı fərqi azaltmağa nail olub. Matçın 67-ci dəqiqəsində Emin Mahmudov baxımlı qola imza atıb. Bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, Azərbaycan millisi Lüksemburq yığmasına 1:2 hesabı ilə məğlub olub.

Hesabında 6 xal olan Lüksemburq komandası qrupda üçüncü pillədə qərarlaşıb. Azərbaycan komandasının isə xalı yoxdur.

30144 oxunub

InvestAZ