XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Paralimpiyaçımız Tokio-2020-də növbəti qızıl medalını qazandı
İdman 12:05 / 31.08.2021
Azərbaycan üzgüçüsü Raman Saley Tokio Paralimpiadasında ikinci qızıl medalını qazanıb. 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında çıxış edən idmançımız məsafəni 52,69 saniyəyə qət edərək ikinci dəfə Tokio-2020-nin qalibi olub.
R.Saley 100 metr məsafəyə arxası üstə üzmə yarışında da ölkəmizin aktivinə qızıl medal yazdırmışdı. O, 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında isə dördüncü yeri tutmuşdu.
Hazırda Azərbaycan komandasının hesabında 14 medal var. Onlardan 10-nu qızıl, 4-ü isə bürüncdür.


16428 oxunub

InvestAZ