XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Azərbaycan Tokio Paralimpiadasında beşinci qızıl medala sahib olub
İdman 13:10 / 28.08.2021
Azərbaycan komandası Tokio Paralimpiadasında beşinci qızıl medalını qazanıb.
Qadın paracüdoçumuz Xanım Hüseynova (63 kq) startda yaponiyalı Hiroko Kudodan üstün olub. Çinli Yue Vanqı da tatamidən məyus yola salan idmançımız finalda ukraynalı İrina Husiyeva ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə paracüdoçumuz qalib gələrək Paralimpiya çempionu adını qazanıb.
Qeyd edək ki, bunadək Azərbaycanın hesabında 6 medal var idi. Paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Vüqar Şirinli (60 kiloqram), Sevda Vəliyeva (52 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
"Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

16164 oxunub

InvestAZ