XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Azərbaycan komandası gələn həftə I MDB Oyunlarına yollanacaq
İdman 09:09 / 26.08.2021
Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında Azərbaycan böyük nümayəndə heyəti ilə təmsil olunacaq.
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən​ verilən məlumata görə, Azərbaycan idmançıları badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks) (6) idman növlərində mübarizə aparacaq.
Nümayəndə heyətinin şef-demisionu Olimpiya çempionu, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurovdur.
Kazana Azərbaycan nümayəndə heyəti əsasən, avqustun 30-dan etibarən yola düşəcək. İlk olaraq, boksçu və güləşçilərimiz səfərə çıxacaq. Digər növlər üzrə idmançılar sonrakı günlərdə Kazana yollanacaq. Komanda ölkəyə sentyabrın 13-də qayıdacaq.
Şef-demissionun müavini Aydın Məmmədov komandanın yerləşmə və digər məsələlərini yerində yoxlamaq üçün Kazana öncədən gedəcək.
Qeyd edək ki, I MDB Oyunları 4 - 11 sentyabrda təşkil olunacaq.

16291 oxunub

InvestAZ