XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Tokio-2020: Bu gün pouerliftinqçimiz mübarizəyə başlayır
İdman 08:21 / 26.08.2021
Tokio-2020 XV Yay Paralimpiya Oyunları davam edir. Oyunların ikinci günündə - avqustun 26-da Azərbaycanın 1 idmançısı mübarizə aparacaq. Yarış günündə pouerliftinqçimiz Pərvin Məmmədov (49 kq) mükafatçılar sırasına düşməyə çalışacaq.
Tokio-2020-də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.


22388 oxunub

InvestAZ