XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Millimiz qrup mərhələsində son oyununa çıxacaq
İdman 14:41 / 25.08.2021
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının qrup mərhələsində sonuncu oyununu keçirəcək. Yığmamızın yer aldığı A qrupunun oyunları Serbiyada təşkil olunur. Komandamız qrupda sonuncu oyununu bu gün Fransa yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, yığmamız Belçika, Rusiya, Serbiya, Bosniya və Herseqovina milli komandaları ilə oyunlarda 0:3 hesabı ilə məğlub olub.
Hesabında 12 xal olan Serbiya millisi qrupda birinci pillədə yer alıb. Belçika 8 xalla ikinci, Rusiya isə 7 xalla üçüncüdür. Bosniya və Herseqovina və Fransa komandaları 3 xalla 4-5-ci yerləri bölüşürlər. Aktivində xal olmayan Azərbaycan millisi qrupda sonuncudur.
Qrupda ilk dörd yeri tutacaq komanda turnirin pley-off mərhələsinə vəsiqə əldə edəcək.

16256 oxunub

InvestAZ