XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Araz-Naxçıvan” qrupu ikinci pillədə başa vurdu
İdman 10:32 / 25.08.2021
"Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində üçüncü oyununu keçirib. Azərbaycan çempionu F qrupundakı sonuncu matçında Latviyanın "Raba” kollektivi ilə üz-üzə gəlib. Görüş "Araz-Naxçıvan”ın 8:4 hesablı qələbəsi ilə başa çatıb.
Naxçıvan təmsilçisinin heyətində Maneka, Xətai Bağırov və Ramiz Çovdarov dubl edib. Digər qolları isə Pereyra Qonçalves Dos Santos və İsa Atayev vurublar.
Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Araz-Naxçıvan” qrupu ikinci pillədə başa vuraraq əsas mərhələyə vəsiqə qazanıb. Qrupda ilk sıranı isə Finlandiyanın "Kampuksen Dinamo” klubu tutub.


16534 oxunub

InvestAZ