XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Şəhriyar Məmmədyarov “Champions Chess Tour”un sonuncu mərhələsində yarışacaq
İdman 17:56 / 22.08.2021
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour” onlayn şahmat seriyasının sonuncu mərhələsinin iştirakçıları müəyyənləşib.
"Aimchess USRapid” adlanan turnirdə 16 şahmatçı mübarizə aparacaq. Yarışda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da iştirak edəcək.
Nüfuzlu turnir avqustun 28-də start götürəcək və sentyabrın 5-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 100 min ABŞ dollarıdır.
"Champions Chess Tour”un final mərhələsi sentyabrın 25-də start götürəcək. Yarışın mükafat fondu 300 min ABŞ dolları olacaq.


15539 oxunub

InvestAZ