XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Üzgüçülük yarışının qalibləri mükafatlandırıldı
İdman 16:48 / 22.08.2021
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə üzgüçülük idman növü üzrə Gəncə şəhər birinciliyi keçirilib.
Gəncə Olimpiya İdman Kompleksində 2004-2007-ci və 2008-2010-cu illər təvəllüdlü idmançılar arasında keçirilən birincilikdə üzgüçülər 4 növdə - arxası üstə, krol, brass və batterflay üzmə üsulunda yarışıblar. Aşağı yaş qrupunda yarışan idmançılar 50 m məsafədə, yuxarı yaş qrupunda yarışan idmançılar isə 100 m məsafədə öz güclərini sınayıblar.
Qeyd edək ki, yarış Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməklə, Xüsusi Karantin rejiminin qaydalarına uyğun olaraq və həkim nəzarəti altında keçirilib.
Yarışın sonunda qalib gələn idmançılar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlarla təltif olunublar.


17476 oxunub

InvestAZ