XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Olimpiya Oyunlarının bürünc mükafatçılarından nəcib addım
İdman 10:43 / 22.08.2021
Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarında bürünc medal qazanan qazaxıstanlı boksçular Saken Bibosınov və Kamışbek Kunkabayev dövlət tərəfindən verilən pul mükafatlarını xeyriyyə məqsədilə xərcləmək qərarına gəliblər.
Bunu olimpiyaçıların mükafatlandırılması mərasimində Qazaxıstan Boks Federasiyası elan edib. Hər iki boksçu Tokio Olimpiadasında bürünc medal qazandıqları üçün dövlət tərəfindən 75 min dollar məbləğində pul mükafatı ilə təltif edilib. Boksçular və onların məşqçiləri bununla yanaşı, Boks Federasiyası tərəfindən də mükafatlandırılıblar.
Boksçulardan əvvəl belə bir addımı olimpiadada bürünc medal qazanan sərbəst güləşçi Nurislam Sanayev atıb. O, dövlət tərəfindən verilən pul mükafatını Qazaxıstanda aztəminatlı ailələrə və xəstə uşaqlara paylayıb.

15574 oxunub

InvestAZ