XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Alıcı pulu ödəyib, gümüş mükafatı götürmədi
İdman 10:46 / 23.08.2021
Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Mariya Andreyçik medalını hərraca çıxarıb. Nizəatma yarışlarında fərqlənən polşalı atlet uşağının müalicəsi üçün pul toplamaq məqsədi ilə bu addımı atıb. İdmançı öz instaqram səhifəsində bildirib ki, 8 yaşlı Miloşun ürəyində problem var. Artıq 100 min avro toplamağı bacaran xanım uşağını müalicə üçün ABŞ-a yollaya biləcək: "Ötən həftə satışa çıxardığım medal satıldı. Qalibin ödədiyi vəsaitlə birlikdə Miloş üçün yarım milyon zlotdan (100 min avro) çox pul topladıq”. Hərracda Polşanın mağazalar şəbəkələrindən biri qalib gəlib. Şirkət rəhbərliyi bildirib ki, medalın qiymətini ödəsələr də mükafat idmançıda qalacaq.
16929 oxunub

InvestAZ