XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Yunan-Roma güləşçimiz Həsrət Cəfərov dünya çempionatının finalına yüksəlib
İdman 16:48 / 21.08.2021
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı sona yaxınlaşır.
Altıncı yarış günündə - avqustun 21-də daha 4 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
Nihat Məmmədli (60 kq) səkkizdəbir finalda Hindistan idmançısını çətinlik çəkmədən üstələyib. Tacikistandan olan rəqibinə də heç bir şans tanımayan N.Məmmədli adını yarımfinala yazdırıb. Ancaq idmançımız Rusiya güləşçisi ilə bacarmayıb. Millimizin üzvü avqustun 22-də bürünc medal uğrunda görüşə çıxacaq.
Güləşçimiz Həsrət Cəfərov (67 kq) dünya çempionatına inamlı start verərək finlandiyalı rəqibini elə ilk hissədə tam üstünlüklə məğlub edib. Həmyerlimiz Gürcüstan güləşçisinə də eyni aqibəti yaşadıb. H.Cəfərov dörddəbir finalda yerli güləşçi ilə gərgin keçən mübarizədən də qalib ayrılaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında Fransanı təmsil edən erməni güləşçiylə qarşılaşan həmyerlimiz bu rəqibinə də tam üstünlüklə qalib gəlib.
Xasay Həsənli (72 kq) debütdə İsveçrə güləşçisindən güclü olub. Ancaq dörddəbir finalda son Avropa çempionu olan gürcüstanlı rəqibi ilə bacarmayıb. Ancaq Gürcüstan pəhləvanı finala yüksəldiyi üçün X.Həsənli təsəlliverici görüşə çıxacaq.
Murad Əhmədiyev (82 kq) ilk görüşdə gürcü həmkarına uduzub.
Qeyd edək ki, bu çəki dərəcələrində təsəlliverici görüşlər avqustun 22-də Bakı vaxtı ilə saat 15:00-da, medallar uğrunda qarşılaşmalar isə 17:00-da başlayacaq.

 

16243 oxunub

InvestAZ